Ucnoqta.az
www.ucnoqta.az

Dünyanın ən bahalı futbolçusu o oldu

08:58 - 4 İyun 2026 tarixində dərc olunub.

"Barselona"nın yarımmüdafiəçisi Lamin Yamal Beynəlxalq Futbol İdman Araşdırmaları Mərkəzi (CIES) tərəfindən dünyanın ən bahalı oyunçusu seçilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

İspaniyalı oyunçunun transfer dəyəri 358,1 milyon avro olaraq qiymətləndirilib. Onun ən yaxın izləyicisi "Mançester Siti"nin norveçli hücumçusu Erlinq Halanddır (227,3 milyon avro). "Real Madrid"in fransalı hücumçusu Kilian Mbappe (165,7 milyon avro) ilk üçlüyü tamamlayır.

"Barselona"nın oyunçusu ardıcıl ikinci dəfə CIES-in dünyanın ən bahalı futbolçuları siyahısına başçılıq edir. 2025-ci ildə onun dəyəri 402,3 milyon avro olub. Daha sonra Haland da ikinci yeri (239,6 milyon avro) tutub, üçüncü yerdə isə 2026-cı ildə ilk 10-luğa düşə bilməyən "Real Madrid"in ingilis yarımmüdafiəçisi Cud Bellinqem (233,8 milyon avro) qərarlaşıb.

Müəllif: Ucnoqta.az redaksiyası