ABŞ Dövlət Katibi Marko Rubio 2026-cı ilin sonlarında Orta Asiya ölkələrinə səfər edəcəyini açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, Nümayəndələr Palatasının Xarici İşlər Komitəsində keçirilən dinləmələrdə Rubio Tramp administrasiyasının ABŞ qanunverici orqanı tərəfindən ABŞ-ın Orta Asiya respublikaları ilə ticarətini məhdudlaşdıran Cekson-Venik Düzəlişinin ləğvini dəstəklədiyini təsdiqləyib.
"Biz bunun faydalı olacağına inanırıq", - deyə o qeyd edib.
"Yeri gəlmişkən, biz regionda C5+1 görüşünü planlaşdırırıq və mən bu ilin sonlarında orada iştirak edəcəyəm", - deyə ABŞ Dövlət katibi bildirib.