Ucnoqta.az
www.ucnoqta.az

Tovuzda qəza: ölən və yaralananlar var

23:16 - 3 İyun 2026 tarixində dərc olunub.

Tovuz rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, qəza rayonun Dönük Qırıqlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ-2106” və “Mitsubishi Pajero” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər hadisə yerində həyatını itirib, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Məlumata əsasən, yaralılar arasında azyaşlıların da olduğu bildirilir. Xəsarət alanlar xəstəxanaya çatdırılıb.

Hazırda ölən və yaralanan şəxslərin kimliyi dəqiqləşdirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası