Ucnoqta.az
www.ucnoqta.az

İmişlidə sex yanıb

19:47 - 3 İyun 2026 tarixində dərc olunub.

İmişli rayonunda yanğın olub.

Ucnoqta.az xəbər verir ki, hadisə İmişli-Kürdəmir yolunun 3-cü kilometrliyində qeydə alınıb. Açıq ərazidə başlayan yanğın nəticəsində 10 ha sahədə kol-kos və tamet sexinin, həmçinin köməkçi tikilinin yanar konstruksiyalarının yandığı bildirilir.

Yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası