Ucnoqta.az
www.ucnoqta.az

Şəkinin iki kəndində qaz kəsiləcək

20:03 - 1 İyun 2026 tarixində dərc olunub.

Şəkinin bəzi yaşayış məntəqələrində qaz təchizatında fasilə yaranacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, 02.06.2026-cı il tarixində saat 10:00-dan etibarən Şəki rayonunun Bideyiz və Baş Küngüt kəndlərinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qazın verilişinin işlər başa çatdıqdan sonra mərhələli şəkildə bərpa olunacağı qeyd edilib.

Müəllif: Ucnoqta.az redaksiyası