Ucnoqta.az
www.ucnoqta.az

Biləsuvarda boks üzrə turnir keçirilib

16:20 - 1 İyun 2026 tarixində dərc olunub.

30-31 may 2026-cı il tarixlərində Biləsuvar Olimpiya İdman Kompleksində “Mübarizlər” Peşəkar İdman Klubunun təşkilatçılığı ilə SSRİ İdman ustası, Azərbaycan Respublikasının Əməkdar məşqçisi Qurbanxan Məhərrəmovun xatirəsinə həsr olunmuş boks turniri keçirilib.

Turnirin açılış mərasimində Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini Vəlahəddin Yunsurov, Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun müdiri Azad Quliyev, Boks Federasiyasının nümayəndələri, şəhid ailələri, məşqçi müəllimlər və idmançılar işirak ediblər.

Tədbirdə çıxış edən natiqlər SSRİ İdman ustası, Azərbaycan Respublikasının Əməkdar məşqçisi Qurbanxan Məhərrəmovun rayonumuzda boks idman növünün inkişafında mühüm xidmətlər göstərdiyini vurğulayıblar. Qeyd olunub ki, Qurbanxan Məhərrəmov uzun illər ərzində peşəkar fəaliyyəti ilə yüzlərlə gəncin idmana cəlb olunmasında və istedadlı boksçuların yetişməsində  dəyərli töhfələr verib.

Turnirin əsas məqsədi Qurbanxan Məhərrəmovun əziz xatirəsini yad etmək, gənc idmançılar arasında boks idman növünün inkişafını təşviq etmək və sağlam rəqabət mühitini dəstəkləmək olub. Yarış iştirakçıları yüksək idman əzmi nümayiş etdirərək maraqlı və gərgin qarşılaşmalar təqdim ediblər.
Sonda qalib idmançılar kubok, medal və diplomlarla mükafatlandırılıblar.

Müəllif: Ucnoqta.az redaksiyası