Ucnoqta.az
www.ucnoqta.az

Prezident İlham Əliyev Trampa təşəkkür edib

14:07 - 1 İyun 2026 tarixində dərc olunub.

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında ABŞ Prezidenti Donald Trampa təşəkkür edilib.

Ucnoqta.az xəbər verir ki, paylaşımda bildirilir:

“Mənə xatirə hədiyyəsi kimi, şəxsi qeydiniz və xoş sözlərinizlə müşayiət olunan Azadlığa Dəstək Aktının 907-ci maddəsi üzrə istisnanın uzadılmasına dair memorandumu göndərdiyinizə görə Sizə səmimi təşəkkürümü bildirirəm.

Bu diqqətli və nəzakətli jesti yüksək qiymətləndirir və ona böyük ehtiramla yanaşıram”.

 


 

Müəllif: Ucnoqta.az redaksiyası