Ucnoqta.az
www.ucnoqta.az

CASCFEN gəncləşmədə yeni mərhələyə qədəm qoydu

13:24 - 1 İyun 2026 tarixində dərc olunub.

“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin növbəti Ümumi Yığıncağı keçirilib.

Gəncliyə Yardım Fondunda keçirilən tədbir şəhidlərin və türk dünyasının birliyi uğrunda mübarizə aparan şəxsiyyətlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

CASCFEN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Ümumi Yığıncağa hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Əkbər Qoşalı görülən işlər və hazırlıq prosesi barədə məlumat verib. O, həmçinin hər zaman QHT-lərin yanında olan Gəncliyə Yardım Fonduna bu tədbirin keçirilməsi üçün şərait yaratdıqları üçün CASCFEN adından təşəkkür edib.

Daha sonra say və redaksiya komissiyaları seçilib.

Müəllif: Ucnoqta.az redaksiyası