Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir - İlham Əliyev

11:03 - 1 İyun 2026 tarixində dərc olunub.

Bu gün Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir.

Ucnoqta.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışı zamanı səsləndirib.

Aparıcı beynəlxalq reytinq agentlikləri tərəfindən reytinqlərimizin ildən-ilə artdığını vurğulayan dövlətimizin başçısı qeyd edib ki, indiyə qədər artıq investisiya səviyyəli reytinqimiz var.

Yoxsulluğun 5 faiz səviyyəsinə endirildiyini, işsizlik eyni rəqəmlər ətrafında olduğunu söyləyən Prezident, həmçinin deyib: “Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq”.

Müəllif: Ucnoqta.az redaksiyası