İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağının müxtəlif ərazilərində HƏMAS-ın üç böyük silah anbarının məhv edildiyini açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə İMQ sözçüsü bildirib.
Qeyd olunur ki, İMQ Qəzza zolağının müxtəlif ərazilərində HƏMAS-ın üç silah anbarına zərbə endirib. Anbarlarda partlayıcı qurğular, hücum tüfəngləri, snayper tüfəngləri və digər hərbi texnika var olub.
Məlumata görə, zərbələrdən sonra anbarlarda silahların olduğunu göstərən ikinci dərəcəli partlayışlar aşkar edilib.