Ucnoqta.az
www.ucnoqta.az

İran ABŞ hava bazasına cavab zərbəsi endirib

10:40 - 28 May 2026 tarixində dərc olunub.

Tehran gecə ərzində İran ərazisinə hücumun başladığı ABŞ hava bazasına zərbə endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK, İran Silahlı Qüvvələrinin elit bölməsi) məlumat verib.

Bəyanatda bildirilir ki, İranın Bəndər Abbas şəhərindəki hava limanı yaxınlığındakı bir obyektə hücumdan sonra İran ABŞ hava bazasına zərbə endirib. İİKK qeyd edib ki, ABŞ İran ərazisinə məhz bu hava bazasından hücum edib.

Müəllif: Ucnoqta.az redaksiyası