Ucnoqta.az
www.ucnoqta.az

İsrail Livanda 34 kənd sakinlərinə xəbərdarlıq etdi

00:01 - 27 May 2026 tarixində dərc olunub.

Livanın cənubunda 34 kəndin sakinləri İsrail ordusundan orada yerləşən "Hizbullah" hədəflərinə qarşı hava hücumları ilə bağlı xəbərdarlıq alıblar.

Ucnoqta.az xəbər verir ki, sərbi sözçü Aviçay Edri X-də ərəb dilində yayılan açıqlamada, livanlılardan təhlükəli zonanı tərk etmələrini tələb edib.

"Şiə yaraqlılarının, onların obyektlərinin və ya hərbi texnikasının yaxınlığında olan hər kəs həyatlarını ciddi təhlükəyə atır. Təhlükəsizliyiniz üçün dərhal kəndləri tərk etməli və ən azı 1000 metr uzaqlaşmalısınız".

Bir Sanasil, Qabrixa, Klaviya, Kfar Dunin, Məcdal Silm, Toulin, Sawwana və Xirbet Silm kəndlərinin sakinlərinə qarşı hava hücumları ilə əlaqədar Zəhrani çayının şimal sahilinə köçmək əmri verilib.

Müəllif: Ucnoqta.az redaksiyası