Ucnoqta.az
www.ucnoqta.az

Son 24 saat ərzində Hörmüz boğazından 25 gəmi keçib

23:14 - 26 May 2026 tarixində dərc olunub.

Son 24 saat ərzində tankerlər, konteyner gəmiləri və digər kommersiya gəmiləri də daxil olmaqla 25 gəmi Hörmüz boğazından keçib.

Ucnoqta.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK, silahlı qüvvələrin elit bölməsi) məlumat yayıb.

Tasnim xəbər agentliyinin istinad etdiyi açıqlamaya görə, tranzit "icazə alındıqdan sonra" və İİKK Hərbi Dəniz Qüvvələri ilə əlaqələndirilərək baş tutub.

Müəllif: Ucnoqta.az redaksiyası