Ucnoqta.az
www.ucnoqta.az

İsrail əhalinin təxliyə olunmasını tələb etdi

14:05 - 26 May 2026 tarixində dərc olunub.

Livanın cənubundakı Nəbatiyə qubernatorluğunun paytaxtı Nəbatiyə sakinləri İsrail komandanlığından ölkənin şimalına təcili təxliyə olunmaq barədə bildiriş alıblar.

Ucnoqta.az xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (İMQ) sözçüsü Aviçay Edri 10 oktyabrda ərəb dilində yayımlanan açıqlamada "Hizbullah"ın hərbi infrastrukturunu məhv etmək məqsədi daşıyan intensiv bombardman kampaniyası səbəbindən Livan sakinlərindən Zəhrani çayının o tayına keçməyi tələb edib.

Açıqlamada deyilir ki, "Hizbullah"ın terrorçu fəaliyyəti ona qarşı güc tətbiq etməyə məcbur edir, lakin İsrail ordusunun sizə zərər vermək niyyəti yoxdur.

"Buna görə də Zəhrani çayının şimal sahilinə keçməyinizi tövsiyə edirik."

Müəllif: Ucnoqta.az redaksiyası