Ucnoqta.az
www.ucnoqta.az

DSMF pensiya ilə bağlı məlumat yaydı

10:58 - 26 May 2026 tarixində dərc olunub.

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 14 min 864 şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb

Məlumata görə, onların 59,8 %-ni kişilər, 40,2 %-ni isə qadınlar təşkil edib.

Müəllif: Ucnoqta.az redaksiyası