Ucnoqta.az
www.ucnoqta.az

"Barselona" 5 ildə dördüncü dəfə çempion oldu

11:06 - 24 May 2026 tarixində dərc olunub.

"Barselona" qadınlar arasında UEFA Çempionlar Liqasının finalında "Lion"u 4-0 hesabı ilə məğlub edərək dördüncü titulunu təmin edib.

Ucnoqta.az xəbər verir ki, "Barselona" və "Lion" arasında final matçı Norveçin Oslo şəhərindəki "Ullevaal" stadionunda keçirilirdi. İspaniya komandası 55-ci və 70-ci dəqiqələrdə Eva Pajor, 90-cı və 90+3-cü dəqiqələrdə isə Salma Paralluelo vurduğu qolla Fransa komandasını 4-0 hesabı ilə məğlub edib.

Son səkkiz mövsümdə liqa titulunu qazanan "Barselona" son beş ildə dördüncü dəfə Qadınlar arasında Çempionlar Liqası kubokunu qazanıb.

Müəllif: Ucnoqta.az redaksiyası