Ucnoqta.az
www.ucnoqta.az

Pakistanda qatarın üç vaqonu relsdən çıxıb, ikisi aşıb

11:04 - 24 May 2026 tarixində dərc olunub.

Pakistanın cənub-qərbindəki Kvetta şəhərində relslərdə baş verən partlayış nəticəsində sərnişin qatarının üç vaqonu relsdən çıxıb, ikisi isə aşıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Pakistanın Associated Press agentliyi ölkənin Dəmir Yolları Nazirliyinə istinadən məlumat yayıb.

Nazirliyin məlumatına görə, qatarın lokomotivi də zədələnib. Yaralıların təxliyəsinə kömək etmək üçün hadisə yerinə xüsusi qatar və xilasetmə maşınları göndərilib.

Xəbər verildiyi kimi, hadisə nəticəsində ən azı 16 nəfər ölüb, 20-dən çox insan yaralanıb.

Müəllif: Ucnoqta.az redaksiyası