Ucnoqta.az
www.ucnoqta.az

Ermənistan polisi müxalifətçi Tevanyanın ofisində axtarışa başladı

08:22 - 22 May 2026 tarixində dərc olunub.

Ermənistan təhlükəsizlik qüvvələri əvvəllər dövlətə xəyanətdə ittiham olunan, Çiçəklənən Ermənistan partiyasından parlamentə namizəd olan müxalifətçi Andranik Tevanyanın ofisində axtarış aparıb.

Ucnoqta.az xəbər verir ki, 24news tərəfindən yayımlanan videoya görə, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin maskalı əməkdaşları müstəntiqlərlə birlikdə yerli vaxtla səhər saat 7:00-da axtarış aparmaq üçün Tevanyanın ofisinə daxil olublar.

Qeyd edək ki, 21 mayda Ermənistan İstintaq Komitəsi dövlətə xəyanət və casusluqda ittiham olunan Tevanyana qarşı cinayət işinin açıldığını elan edib.

Müəllif: Ucnoqta.az redaksiyası