Ucnoqta.az
www.ucnoqta.az

NATO Latviyanın "hər qarışını" PUA-lardan qorumağa hazırdır - Rutte

18:26 - 21 May 2026 tarixində dərc olunub.

Şimali Atlantika Alyansı Latviya ərazisinin “hər qarışını” oraya düşən dronlardan qorumağa hazırdır.

Ucnoqta.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte Latviya prezidenti Edqars Rinkeviçlə telefon danışığında bildirib.

"İndicə Latviya prezidenti Edqars Rinkeviçlə Latviyada baş verən son hadisələr, o cümlədən pilotsuz təyyarə insidentləri ilə bağlı danışdıq. NATO üzv ölkələrin təhlükəsizliyinə tam sadiqdir və blok NATO ərazisinin hər qarışının mühafizəsini təmin etməyə davam edəcək", - Rutte X-də yazıb.

Müəllif: Ucnoqta.az redaksiyası