Polşa Şimali Atlantika Alyansının missiyasının bir hissəsi olaraq Baltik respublikasının hava məkanını patrul etmək üçün 2026-cı ildə Estoniyaya qırıcı təyyarələr yerləşdirəcək.
Ucnoqta.az xəbər verir ki, Estoniyanın müdafiə naziri Hanno Pevkur bunu Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamış ilə görüşdən sonra açıqlayıb.
Pevkur vurğulayıb ki, Tallin və Varşava son illərdə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı əhəmiyyətli dərəcədə gücləndiriblər.
O əlavə edib ki, həm biz, həm də Polşa Avropanın müstəqil müdafiə imkanlarını gücləndirmək və təchizat təhlükəsizliyini təmin etmək üçün müdafiə sənayesinə böyük sərmayə qoyuruq.