Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda hava şəraiti dəyişir: 5 gün yağış yağacaq

10:54 - 21 May 2026 tarixində dərc olunub.

Bu gündən başlayaraq Azərbaycan ərazisində hava şəraiti kəskin pisləşəcək.

Bu haqda Ucnoqta.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat daxil olub.

Qurumun xəbərdarlığında bildirilir ki, mayın 21-i səhər Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 25-i axşamadək bəzi yerlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. 

Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi, 21-22-də yağıntıların qısa müddətə güclənəcəyi ehtimalı var. 

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Müəllif: Ucnoqta.az redaksiyası