Ucnoqta.az
www.ucnoqta.az

Paşinyan onları məhkəmə ilə hədələdi

00:02 - 21 May 2026 tarixində dərc olunub.

Paşinyan siyasi rəqiblərinə qarşı cinayət məsuliyyəti ilə hədələyib

Ucnoqta.az xəbər verir ki, Vanadzorda keçirilən seçkiqabağı mitinqdə Ermənistanın Baş naziri Nikol Paşinyan Çiçəklənən Ermənistan Partiyasının lideri Qaqik Tsarukyana, Ermənistanın keçmiş prezidenti və Ermənistan blokunun lideri Robert Köçəryana və Güclü Ermənistan Partiyasının lideri Samvel Karapetyana qarşı sərt açıqlamalar verib.

Andranik Tevanyandan danışan Paşinyan ona qarşı dövlətə xəyanət ittihamı ilə cinayət işi açılacağını bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası