Ucnoqta.az
www.ucnoqta.az

ABŞ və İranın münasibətləri yenidən qurmaq imkanı var - Vens

21:58 - 19 May 2026 tarixində dərc olunub.

ABŞ-ın vitse-prezidenti Ceyms di Vens  ABŞ və İranın razılığa gəlməklə ikitərəfli münasibətləri yenidən qurmaq imkanı olduğunu deyib.

Ucnoqta.az xəbər verir ki, o, bunu Ağ Evdə keçirilən brifinqdə bildirib.

"Düşünürəm ki, burada İran və ABŞ arasında 47 ildir mövcud olan münasibətləri yenidən qurmaq üçün bir fürsətimiz var. Prezident bizdən bunu etməyimizi istədi və biz də bunun üzərində işləməyə davam edəcəyik, amma tanqo üçün iki şey lazımdır. İranlıların nüvə silahına sahib olmasına icazə verən bir razılaşmaya girməyəcəyik", Vens deyib.

Müəllif: Ucnoqta.az redaksiyası