Novxanı qəsəbəsində yerləşən məşhur "AF Hotel" istirahət mərkəzində güclü yanğın başlayıb.
Ucnoqta.az nocomment-ə istinadən xəbər verir ki, bu barədə saytımıza ətrafda yaşayan sakinlər məlumat verib. Onların sözlərinə görə, hotelin ərazisindən qəfil qara tüstü dumanı ucalmağa başlayıb və qısa müddətdə alov bütün binanı bürüyüb. Sakinlər qeyd ediblər ki, külək yanğının daha da sürətlə yayılmasına səbəb olur və ətrafa kəskin tüstü qoxusu yayılıb.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin çoxlu sayda yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Hazırda alovun söndürülməsi və yaxınlıqdakı tikililərə keçməsinin qarşısının alınması istiqamətində operativ tədbirlər davam etdirilir. Xəsarət alanların olub-olmaması barədə hələlik rəsmi məlumat yoxdur.