Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanla Sudan saziş imzaladı

18:29 - 19 May 2026 tarixində dərc olunub.

Azərbaycan Respublikası Hökuməti ilə Sudan Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin qarşılıqlı olaraq vizalardan azad edilməsi haqqında Saziş imzalanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, saziş ikitərəfli münasibətlərin möhkəmləndirilməsində və iki ölkə arasında daha sıx diplomatik qarşılıqlı əlaqələrin təşviqində daha bir mühüm addımdır.

Sənəd Sudanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mohieddin Salem Ahmed İbrahimin Azərbaycana səfəri çərçivəsində imzalanıb.

Qeyd edək ki, Sudanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

Müəllif: Ucnoqta.az redaksiyası