Ucnoqta.az
www.ucnoqta.az

Yevlaxda qaz kəsiləcək

17:04 - 19 May 2026 tarixində dərc olunub.

Mayın 22-də saat 10:00-dan etibarən Yevlax rayonunun Tanrıqulular, Boşçalı və Hürüşağı kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismar İdarəsi məlumat yayıb.

Bildirilib ki, təchizatının dayandırılması payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədardır və işlər yekunlaşanadək davam edəcək.

Müəllif: Ucnoqta.az redaksiyası