Ucnoqta.az
www.ucnoqta.az

Qarabağ Universitetinin fakültəsi Şuşaya köçürüləcək

13:05 - 19 May 2026 tarixində dərc olunub.

Qarabağ Universitetinin İncəsənət və Turizm fakültəsi Şuşaya köçürüləcək.

Ucnoqta.az xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu, 1500-ə yaxın müəllim və tələbənin Şuşada daimi məskunlaşması deməkdir:

"Düşünürük ki, gənclər və tələbələr şəhərə yeni ab-hava qatacaqlar".

A.Kərimov məlumat verib ki, həmçinin Şuşa şəhərində uşaq bağçasının tikintisi nəzərdə tutulur.

Müəllif: Ucnoqta.az redaksiyası