Ucnoqta.az
www.ucnoqta.az

"Mançester Siti"nin baş məşqçisi məlum olub

11:32 - 19 May 2026 tarixində dərc olunub.

İtalyan Enzo Mareska ispaniyalı Xosep Qvardiola istefa verdikdən sonra İngiltərənin "Mançester Siti" futbol klubunun baş məşqçisi olacaq.

Ucnoqta.az bildirir ki, bu barədə jurnalist Fabrizio Romano sosial media səhifəsində məlumat verib.

"Enzo Mareska "Mançester Siti" ilə şifahi razılığa gəlib. İtaliyalı məşqçi həmişə Pep Qvardiolanın yerinə ideal namizəd hesab olunub", - deyə Romano yazıb. "Razılaşma bağlanıb və Mareska "Mançester Siti" ilə ilkin üç illik müqavilə imzalayacaq."
Daily Mail qəzeti Qvardiolanın mövsümün sonunda "Mançester Siti"dən ayrılacağını bildirib.

46 yaşlı Mareska yanvar ayında 2024-cü ilin yayından bəri məşqçilik etdiyi İngiltərənin "Çelsi" klubu tərəfindən işdən çıxarılıb.

Müəllif: Ucnoqta.az redaksiyası