Ucnoqta.az
www.ucnoqta.az

Xankəndi, Ağdərə və Xocalıya qayıdan ailələrin sayı açıqlanıb

10:41 - 19 May 2026 tarixində dərc olunub.

Xankəndi, Ağdərə və Xocalıya qayıdan ailələrin sayı açıqlanıb.

Ucnoqta.az xəbər verir ki, bunu Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Bakıda WUF13 çərçivəsində “Münaqişədən sonrakı şəhərsalma: məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda keçirilən tədbirdə deyib.

"İşğaldan azad olunan Xankəndiyə 71 ailə (302 nəfər), Ağdərəyə 857 ailə (3341 nəfər), Xocalıya 1083 ailə ( 4510 nəfər) qayıdıb", - o bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası