İran öz qanuni hüquqlarını müdafiə etməkdən geri çəkilməyəcək, ABŞ ilə dialoq isə təslim olmaq demək deyil.
Ucnoqta.az xəbər verir ki, bu barədə İslam Respublikasının Prezidenti Məsud Pezeşkian X-də yazıb.
"Dialoq təslim olmaq demək deyil. İran İslam Respublikası heç vaxt öz xalqının və ölkəsinin qanuni hüquqlarından geri çəkilməyəcək. Biz xalqa xidmət edəcək və İranın maraqlarını və ləyaqətini bütün gücümüzlə müdafiə edəcəyik", - deyə o, bildirib.