Ucnoqta.az
www.ucnoqta.az

Tramp İrana heç bir güzəştə getməyə hazır olmadığını bildirib

22:27 - 18 May 2026 tarixində dərc olunub.

ABŞ prezidenti Donald Tramp Tehranın sülh danışıqlarına yeni cavabını aldıqdan sonra İrana heç bir güzəştə getməyə hazır olmadığını bildirib.

Ucnoqta.az xəbər verir ki, o, bunu "New York Post" qəzetinə verdiyi müsahibədə deyib.

"Hazırda heç nəyə açıq deyiləm", - deyə Tramp İranın uran zənginləşdirilməsinə 20 illik moratoriuma razılıq verməyə hazır olması ilə bağlı suala cavab verərkən bildirib.

Amerika prezidenti həmçinin Vaşinqtonun Tehrana qarşı yeni addımlar ata biləcəyinə işarə edib. "Sizə deyə bilərəm ki, onlar həmişəkindən daha çox razılaşma istəyirlər, çünki nəyin baş verəcəyini bilirlər", - deyə o bildirib.

Lakin Tramp ABŞ-ın mümkün hərəkətlərinin təfərrüatlarını açıqlamaqdan imtina edib. "Bu barədə sizinlə həqiqətən danışa bilmərəm. Çox şey baş verir. Bu, danışıqlardır. Axmaq olmaq istəmirəm", - deyə ABŞ prezidenti əlavə edib.

Müəllif: Ucnoqta.az redaksiyası