Ucnoqta.az
www.ucnoqta.az

Bakıda may ayında bu qədər yağış görməmişəm - Anar Quliyev

09:55 - 18 May 2026 tarixində dərc olunub.

WUF13 forumunun ilk iki günü bizə çox fərqli hava şəraiti göstərdi və bu da iqlim dəyişikliyinin nəticəsidir.

Ucnoqta.az “APA-Economics”ə istinadən xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində keçirilən rəsmi açılış mətbuat konfransındakı çıxışında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 milli koordinatoru Anar Quliyev deyib.

“Düzünü desəm, Bakıda böyümüş bir insan kimi mən may ayında heç vaxt bu qədər yağış görməmişəm. Bu, normal deyil. Amma üzləşdiyimiz reallıq budur. Məhz buna görə belə müzakirələr və forumlar vacibdir. Biz iqlim dəyişikliklərinə uyğunlaşmağın yollarını tapmalıyıq”, - deyə A.Quliyev bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası