Ucnoqta.az
www.ucnoqta.az

Ardıcıl 5 gün iş olmayacaq

16:22 - 15 May 2026 tarixində dərc olunub.

Azərbaycanda Qurban bayramı və Müstəqillik Günü münasibətilə qeyri-iş günlərinin tarixləri açıqlanıb.

Ucnoqta.az xəbər verir ki, bu il Qurban bayramı 27 və 28 may tarixlərinə düşür. Bununla yanaşı, may 28-də ölkədə Müstəqillik Günü də qeyd olunur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının qərarına əsasən, Əmək Məcəlləsinə uyğun olaraq, bayram günlərinin eyni tarixə təsadüf etməsi səbəbi ilə əlavə istirahət günü verilib. Bu səbəbdən 29 may da qeyri-iş günü elan olunub.

Nəticədə, beşgünlük iş qrafiki ilə çalışanlar üçün 27, 28, 29, 30 və 31 may tarixləri istirahət günləri olacaq.

Müəllif: Ucnoqta.az redaksiyası