Ucnoqta.az
www.ucnoqta.az

Əhali xərclədiyi məbləğin yarısını ərzağa ödəyir - Natiq Cəfərli

14:40 - 15 May 2026 tarixində dərc olunub.

2026-cı ilin yanvar-aprel aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,6%-i ərzaq məhsullarının payına düşüb. 

Ucnoqta.az xəbər verir ki, bu fikirləri Real partiyasının sədri Natiq Cəfərli bildirib. İqtisadçının sözlərinə görə, Azərbaycan vətəndaşı ay ərzində xərclədiyi hər 100 manatın 50 manat 60 qəpiyini ərzaq məhsullarının alınmasına ödəyir: 
"Dünyada bu göstərici kasıblıq əlaməti sayılır, inkişaf etmiş ölkələrdə bu rəqəm 9% ilə 20% arasında gedib-gəlir. Bu rəqəm Afrika ölkələrinə yaxındır, məsələn, Nigeriyada bu göstərici 58,9%, Keniyada isə 56,1% civarındadır.  Gürcüstanda bu göstərici 32%, Rusiyada 38%, Ermənistanda 42,9%-dir".

Müəllif: Ucnoqta.az redaksiyası