Ucnoqta.az
www.ucnoqta.az

Fransada atışmada bir yeniyetmə həlak olub

00:14 - 15 May 2026 tarixində dərc olunub.

Fransanın qərbindəki Nant şəhərinin Port-Boyer məhəlləsində baş verən atışmada bir nəfər ölüb, iki nəfər yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Le Parisien" qəzeti hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, yaralılar və ölənlər 13-15 yaş arası yeniyetmələrdir.

Cinayətkarlar hadisə yerindən qaçıblar.

Qəzetin qeyd etdiyi kimi, bu, ilin əvvəlindən bəri Nantda baş verən 26-cı atışmadır.

Müəllif: Ucnoqta.az redaksiyası