"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi, Böyük Liqa Futbolunun (MLS) müntəzəm mövsümünün səfər matçında "FK Sinsinnati"yə qarşı üç qol vurub.
Ucnoqta.az xəbər verir ki, Liqa daha sonra argentinalı oyunçunun qollarından birini "FK Sinsinnati"nin qapıçısı Roman Çelentanonun öz qapısına vurduğu qolla əlaqələndirib.
Matç 5-3 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Qələbə qollarını Messi (24-cü və 55-ci dəqiqələr), Mateo Silvetti (79) və German Berterame (84) vurublar. Rəqibdən isə Kevin Denki (41, penalti), Pavel Buxa (49) və Evander (64) fərqlənib.
Messi cari MLS mövsümündə 12-ci oyununu keçirib və hazırda 11 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
"İnter Mayami" Şərq Konfransının turnir cədvəlində 13 oyundan 25 xalla ikinci yerdədir. "Cincinnati" 13 oyundan 16 xalla səkkizinci yerdədir.
"İnter Mayami" növbəti oyununu 18 may "Portland"ı qəbul edəcək.