Ucnoqta.az
www.ucnoqta.az

Sabah Yevlaxda qaz kəsiləcək

17:27 - 13 May 2026 tarixində dərc olunub.

Sabah saat 09:30-dan Yevlax rayonunun Aran-1 və Aran-2 qəsəbələrinin, eləcə də Nemətabad, Duzdağ, Nərimanabad və Yəldilli kəndlərinin, 15.05.2026-cı il tarixində isə saat 14:00-dan Zərdab şəhərinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, qaz təchizatının dayandırılması payız-qış mövsümünə hazırlıq və təmir-quraşdırma işləri ilə əlaqədardır.

Müəllif: Ucnoqta.az redaksiyası