Hantavirusa yoluxma hallarının sayı qarşıdakı həftələrdə arta bilər.
Ucnoqta.az xəbər verir ki, bu barədə ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus bildirib. Bir sıra ölkələrdə yeni yoluxma halları qeydə alınıb və səhiyyə sistemlərinə monitorinqi və hazırlığı gücləndirmək tövsiyə olunur:
"Hazırda genişmiqyaslı epidemiyanın əlamətləri yoxdur, lakin vəziyyət dəyişə bilər və qarşıdakı həftələrdə daha çox yoluxma halı müşahidə edə bilərik."
Lakin ÜST vurğulayır ki, hantavirus COVID-19 pandemiyası qədər təhlükə deyil.