Ucnoqta.az
www.ucnoqta.az

Aİ-nin öz ordusunu yaratmaq təklif edildi

07:38 - 13 May 2026 tarixində dərc olunub.

ABŞ-ın Yaxın Şərq münaqişəsinə qərq olması özünün vahid ordusunu yaratmaqla Avropa suverenliyini nümayiş etdirmək üçün ən yaxşı andır.

Ucnoqta.az xəbər verir ki, İspaniyanın xarici işlər naziri Xose Manuel Albarez "Politico"ya verdiyi müsahibədə deyib: "Biz asılılıqdan azad olmalıyıq. Bizə ordu, ortaq müdafiə qabiliyyəti lazımdır".

O əlavə edib ki, AB ordusunun yaradılması ideyası NATO-nun rədd edilməsi demək deyil, lakin əgər ittifaq daxilində "heç nə baş vermirsə", bu, onun qarşılıqlı müdafiə üçün öz qüvvələrinə etibar edib-etməyəcəyi sualını doğurur. "Əgər NATO artıq əvvəlki təhlükəsizliyi təmin etmirsə, onda biz avropalılar olaraq daha çox iş görməliyik", o əlavə edib.

Müəllif: Ucnoqta.az redaksiyası