Ucnoqta.az
www.ucnoqta.az

Tramp İranla danışıqlarda Pakistanın başqa vasitəçi ilə əvəz edilməsini rədd edib

00:03 - 13 May 2026 tarixində dərc olunub.

ABŞ Prezidenti Donald Tramp ABŞ-da Pakistanın İranla dialoqda başqa bir vasitəçi ilə əvəz edilməsi ilə bağlı təklifləri rədd edib.

Ucnoqta.az xəbər verir ki, ABŞ Prezidenti Çinə dövlət səfərinə yola düşməzdən əvvəl Ağ Evin Cənub Çəmənliyində jurnalistlərə bildirib.
"Xeyr. Onlar möhtəşəmdirlər. Pakistanlılar möhtəşəm işlər görürlər. Feldmarşal və Pakistanın Baş naziri tamamilə möhtəşəm işlər görürlər", - deyə Ağ Ev rəhbəri qeyd edib.

Müəllif: Ucnoqta.az redaksiyası