Ucnoqta.az
www.ucnoqta.az

Hindistan və ABŞ ticarət sazişi danışıqlarını davam etdirəcəklər

13:43 - 12 May 2026 tarixində dərc olunub.

Hindistan və ABŞ ticarət sazişi üzrə danışıqları davam etdirəcəklər və yeni raund Yeni Dehlidə keçiriləcək.

Ucnoqta.az bildirir ki, The Economic Times bu barədə mənbəyə istinadən məlumat verib.

Mənbə qəzetə bildirib ki, ABŞ nümayəndələrinin Hindistan paytaxtına səfərinin tarixi hələ müəyyən edilməyib. Aprel ayında Vaşinqtonda keçirilən danışıqlardan sonra tərəflər məsləhətləşmələrin tempini qorumaq barədə razılığa gəliblər.

Ötən ay Hindistan və ABŞ danışıqçıları mallar üçün bazara çıxış, ticarətdə qeyri-tarif maneələri, gömrük prosedurlarının sadələşdirilməsi, investisiyaların cəlb edilməsi məsələlərini müzakirə ediblər və iqtisadi təhlükəsizlik tədbirləri barədə razılığa gəliblər.

Müəllif: Ucnoqta.az redaksiyası