Ucnoqta.az
www.ucnoqta.az

Xocavəndə daha 18 ailə yola salındı

12:39 - 12 May 2026 tarixində dərc olunub.

Xocavənd şəhərinə, eyni adlı kəndə və Qırmızı Bazar qəsəbəsinə növbəti köç karvanları yola salınıb.

Ucnoqta.az xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 6 (24 nəfər), Xocavənd kəndinə 6 (20 nəfər) və Qırmızı Bazar qəsəbəsinə 6 ailə (24 nəfər) köçürülür.

Bununla da Xocavənd şəhərinə 331 (1289), Xocavənd kəndinə 74 (306 nəfər) və Qırmızı Bazar qəsəbəsinə 203 ailənin (858 nəfər) daimi qayıdışı təmin edilib.

Müəllif: Ucnoqta.az redaksiyası