Ucnoqta.az
www.ucnoqta.az

İran ABŞ ilə danışıqları mümkün hesab edir - Pezeşkian

12:35 - 12 May 2026 tarixində dərc olunub.

Tehran Vaşinqtona qarşı mövcud inamsızlığına baxmayaraq, ABŞ ilə danışıqları mümkün hesab edir.

Ucnoqta.az xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian bunu deyib.
 "Düşmənə qarşı inamsızlığına baxmayaraq, İran İslam Respublikası danışıqları ləyaqət, müdriklik və məqsədəuyğunluq mövqeyindən mümkün hesab edir".

Pezeşkian qeyd edib ki, Tehran İran silahlı qüvvələrinin döyüş meydanında əldə etdiyi hər şeyi diplomatik arenada möhkəmləndirməlidir.

Müəllif: Ucnoqta.az redaksiyası