Amerika şirkəti SpaceX ABŞ Milli Kəşfiyyat İdarəsi (NRO) üçün peyk daşıyan "Falcon 9" raketini buraxıb.
Ucnoqta.az xəbər verir ki, buruluş X-də canlı yayımlanıb.
Raket Vandenberg Hərbi Hava Qüvvələri Bazasından (Kaliforniya) yerli vaxtla saat 19:13-də havaya qalxıb. Buraxılışdan bir neçə dəqiqə sonra "Falcon 9"un birinci mərhələsi uğurla yerə enib və bu gücləndiricinin doqquzuncu istifadəsini qeyd edib. Bu texnologiya SpaceX-ə buraxılış xərclərini azaltmağa imkan verir.