Ucnoqta.az
www.ucnoqta.az

Çempionlar Liqasının finalının hakimləri açıqlanıb

19:33 - 11 May 2026 tarixində dərc olunub.

UEFA Çempionlar Liqasının finalının hakim təyinatları məlum olub.

Ucnoqta.az xəbər verir ki, PSJ - "Arsenal" matçını Almaniyadan olan hakimlər idarə edəcək.

Baş hakim Daniel Zibertə VAR otağından həmyerlisi Bastian Dankert köməklik göstərəcək.

Qeyd edək ki, Çempionlar Liqasının final matçı mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə baş tutacaq.

Müəllif: Ucnoqta.az redaksiyası