İran hakimiyyəti ABŞ ilə münaqişələrin həlli ilə bağlı davam edən mübadilələr zamanı ölkənin nüvə proqramı ilə bağlı məsələləri həll etmir.
Ucnoqta.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baqayi mətbuat konfransında bildirib.
"Bu mərhələdə diqqətimiz müharibənin bitməsinə yönəlib. Nüvə məsələsi, İranın materialları və zənginləşdirmə ilə bağlı qərarlar və variantlara gəldikdə, bu, vaxtı çatanda mütləq müzakirə edəcəyimiz bir məsələdir", - o, deyib.