Vladimir Putin bildirib ki, Zelenski ilə yalnız Moskvada deyil, həm də üçüncü bir ölkədə görüşməyə hazırdır, yalnız müqavilə imzalamaq üçün.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin jurnalistlərin suallarına cavabında deyib.
"Üçüncü bir ölkədə görüşə bilərik, amma yalnız uzunmüddətli tarixi perspektiv üçün nəzərdə tutulmalı olan sülh müqaviləsi üzrə yekun razılaşmalar əldə edildikdən sonra. Biz bu tədbirdə iştirak edə və ya nəsə imzalaya bilərik, amma bu, danışıqların özü deyil, yekun razılaşma olmalıdır", - Rusiya lideri bildirib.