Ucnoqta.az
www.ucnoqta.az

İmtahan cavabları açıqlandı

16:09 - 8 May 2026 tarixində dərc olunub.

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 12-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

Bu barədəUcnoqta.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə "iş nömrəsi"ni (8 rəqəmli şagird kodunu) 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Həmçinin DİM-in saytın da nəticələr barədə məlumat əldə etmək mümkündür.

Müəllif: Ucnoqta.az redaksiyası