Ucnoqta.az
www.ucnoqta.az

DSMF sosial ödənişlərlə bağlı məlumat yaydı

16:33 - 8 May 2026 tarixində dərc olunub.

2026-cı ilin ilk 4 ayında sosial ödənişlər üzrə əhaliyə 3,49 milyard manatdan çox vəsait ödənilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə DSMF məlumat yayıb.

2026-cı ilin yanvar-aprel ayları ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən 340,1 milyon manat və ya 10,79% çox olmaqla 3,49 milyard manatdan çox manat vəsait ödənilib.

Müəllif: Ucnoqta.az redaksiyası