Bakının Sabunçu rayonu ərazisində bir nəfər polisə müraciət edərək ictimai nəqliyyatdan istifadə etdiyi zaman cibində olan mobil telefonunun oğurlandığını bildirib.
DİN mətbuat xidmətindən Ucnoqta.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cibgirlikdə şübhəli bilinən 48 yaşlı Adil Hüseynov müəyyən olunaraq saxlanılıb.
Həmçinin ondan psixotrop maddə olan metamfetamin də aşkarlanıb.
Araşdırmalar davam etdirilir.